BMT: "Qəzzada qıtlıq şiddətlənir" | VİDEO

    BMT:    "Qəzzada qıtlıq şiddətlənir" |    VİDEO
  30 Sentyabr 2025    Oxunub:505
"Qəzza zolağına ərzaq təchizatı lazımi səviyyədə artırılmasa, orada yaşayan bütün əhali cəmi bir neçə həftə ərzində aclıqla üzləşəcək".
Bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Qida Proqramının direktor müavini Karl Skau Kanadanın "CBC" telekanalına müsahibəsində dilə gətirib. O vurğulayıb ki, zolaqdakı əhalinin əvvəllər yalnız bir hissəsi aclıqdan əziyyət çəkirdisə, hazırda bu vəziyyət bütün Qəzzanı əhatələmək üzrədir.

"Qəzzaya gündə yalnız 100-ə yaxın ərzaq daşıyan yük maşını girir. 2,2 milyon insandan söhbət gedirsə, bu, dəryada damcıdır. Fevral və mart aylarında, yəni atəşkəs dövründə gündə təqribən 600-700 yük maşını zolağa ərzaq çatdırırdı. Ərzaq təchizatının həcmi yenidən həmin səviyyəyə qaldırılmalıdır. Bu aclıq təhlükəsini aradan götürməyin yeganə yoludur", – Karl Skau söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: BMT   Qəzza   aclıq  



Xəbər lenti